Azərbaycan klubu ev oyunlarını daha Şamaxıda keçirməyəcək

23.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu mövsüm ev oyunlarını Şamaxının Olimpiya İdman Kompleksinin stadionunda keçirən "Marafon" Sabirabada qayıdır.

Bunu Fanat.Az-a klubun prezidenti Vüsal Xəlilov deyib. 

Debütant rəqiblərini təmir edərək artıq istifadəyə yararlı vəziyyətə gətirdiyi Bulqalı kənd stadionunda qəbul edəcək. "Marafon" qarşıdakı iki turda "Dinamo" və "Haypers"lə səfərdə qarşılaşacaq. Komandanın növbəti ev oyunu isə kuboka təsadüf edəcək. "Marafon" "Dinamo" ilə məhz oktyabrın 7-nə təsadüf edəcək kubok qarşılaşmasını doğma meydanda keçirəcək. 

Məğlubiyyətsiz irəliləyən "Marafon" 4 turdan sonra 10 xalla 2-ci pillədə qərarlaşıb. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью