Azərbaycan klubu Fransadan oyunçu gətirdi

08.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi son olaraq “Aubagne Air Bel” klubunda (Fransa 3-cü liqa) çıxış etmiş yarımmüdafiəçi Sofian Boudraanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Boudraa karyerası ərzində “Valensyen” və “Versalye”də də forma geyinib. O, Əlcəzairin U21 yığmasına dəvət alsa da, rəsmi oyuna çıxmayıb.

“Səbail” I Liqada I turda “Xankəndi” ilə heç-heçə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью