Azərbaycan klubu iddiasından əl çəkir Sponsor imtina etdi

05.12.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın futbol klublarından biri bəd xəbər alıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şəki Siti"nin məşqçi və futbolçu heyəti komandanın maliyyə problemindən qurtukacağını gözləsələr də, sponsorun - "Flybast"ın direktoru Rövşən Abdullayevdən üzücü cavab alıblar.

Belə ki, PFL rəhbərliyi ilə görüşən Abdullayev titul sponsorluğundan, başqa sözlə, komandaya maliyyə ayırmaqdan imtina edib.

Bu isə o deməkdir ki, mövsüm başlayanda 2-ci Liqada çempion olmağı hədəfləyən "Şəki Siti" iddiasından əl çəkməyə yaxındır.

Xatırladaq ki, Şəki təmsilçisini Elvin Həsənov çalışdırır. Komanda 3 aya yaxındır ki, maaş almır, son oyunlara məşq etmədən çıxır.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью