Azərbaycan klubu iki legioneri ilə yeni müqavilə imzalayıb

29.06.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 iyun, AZƏRTAC

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, ötən mövsümdən Gəncə təmsilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə ikiillik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью