Azərbaycan klubu Norveç təmsilçisi ilə üz üzə

19.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Kişi voleybolçulardan ibarət “Ordu” komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsində bu gün cavab oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin “Forde VBK” kollektivi ilə üz-üzə gələcək. Görüşə saat 19:00-da start veriləcək.

Komandalar arasında səfərdə baş tutan ilk görüş “Ordu”nun 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью