futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 finalın ilk matçında LKS-yə (Polşa) uduzub – 0:3 (13:25, 18:25, 22:25).
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Azərbaycan təmsilçisi əvvəlki raundda Danimarkanın “Holte IF” klubunu məğlub edib – 3:1, 3:0.