Azərbaycan klubu Polşa voleybolunun əfsanəsini transfer edib

13.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Yüksək Liqasında çıxış edən “Ordu” voleybol komandası növbəti transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi Polşa voleybolunun əfsanəsi Mixal Kubyakı transfer edib.

Qeyd edək ki, Kubyak uzun illər Polşa millisinin kapitanı olub. O, 2014 və 2018-ci illərdə yığmanın heyətində dünya çempionluğunu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью