Azərbaycan klubu qış fasiləsində ilk transferini reallaşdırıb AZƏRTAC

27.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə klubu mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb.

Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov cari mövsümün sonuna qədər icarə əsasında "Şamaxı"da çıxış edəcək.

Xatırladaq ki, Cəlal Hüseynov 2022/2023-cü illər mövsümündə də “Şamaxı” forması ilə 34 oyuna çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью