Azərbaycan klubu qvineyalı futbolçunu transfer etdi

22.01.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövrələrarası fasilədə transferləri davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Redaktor.az-a verilən məlumata görə, “kimyaçılar” son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью