Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab matçında Sloveniyanın “ACH Volley Lyublyana” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bakıda keçirilən ilk oyunda “Xilasedici” 1:3 hesabı ilə məğlub olub. Azərbaycan çempionu cavab oyununda qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün qızıl set oynanılacaq.