Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.
“Qafqazinfo” xəbər verir ki, komanda iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.
Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.