Azərbaycan klubu türkiyəli voleybolçu ilə anlaşıb AZƏRTAC

26.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi türkiyəli voleybolçu Sərhat Coşqunla anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

S.Coşkun son olaraq ölkəsinin “Cizrə Bələdiyəspor” komandasında çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью