Azərbaycan klubu üç basketbolçu ilə yollarını ayırıb AZƏRTAC

18.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

“Sumqayıt” komandası üç basketbolçu ilə yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “kimyaçılar” Andrey Moteyunas, Ceylon Klark və Akim Klarkla vidalaşıb.

Hər üç oyunçu mövsümün əvvəlində komandaya transfer olunmuşdu.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında B qrupunda yer alan “Sumqayıt” 3 xalla sonuncu – 6-cı yerdə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью