Azərbaycan klubu yayda gətirdiyi legionerlə vidalaşdı

28.11.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birinci Liqa təmsilçisi "Cəbrayıl"da ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bölgə təmsilçisi fransalı qapıçısı Matis Morvillə vidalaşıb. 

20 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Cəbrayıl" Morvili yayda heyətinə cəlb etmişdi. Son 6 turda komandanın qapısında yerli çərçivə qoruyucuları - Fərman Bayramov və Emil Həbibov dayanıblar. Legioner qolkiper isə çempionatda cəmi 2 oyunda start heyətində forma geyib.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью