Azərbaycan klubuna təklif edilən futbolçu həbs edildi

27.01.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belçika millisinin və “İnter”in sabiq futbolçusu Raca Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun adı Antverpen limanı vasitəsilə Cənubi Amerikadan Avropaya kokainin idxalında hallanır. Məsələ ilə bağlı hüquqi prosses davam etdiyi üçün əlvaə açıqlama verilməyib.

Nainqqolan “İnter”lə İtaliya çempionudur (2021). O, İtaliyanın “Roma”, “Kalyari” və SPAL klublarında da çıxış edib. Futbolçu hazırda Belçika II Liqa klubu “Lokeren-Temse”də

Xatırladaq ki, bir müddət öncə Nainqqolanın adı Azərbaycan I Liqa təmsilçisi “Karvan”la da hallanıb. Menecerlər oyunçunu bölgə təmsilçisinə önərsə də, tərəflər maliyyə məsələsində razılaşmadığı üçün transfer baş tutmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью