Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
FİFA Azərbaycanın I Liqa klubu “Baku Sportinq”i cəzalandırıb.
İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb paytaxt klubunun serbiyalı futbolçusu Uroş Jemoviçə olan borcudur. Pulunu ala bilməyən oyunçu FİFA-ya müraciət edib.
Bunun ardından ali futbol qurumu kluba transfer qadağası qoyub.
Xatırladaq ki, serbiyalı oyunçu ötən mövsüm “Baku Sportinq”lə müqavilə bağlamışdı.