Azərbaycan klubunda istefa qərarı

22.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri istefa verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib. O, öz istəyi ilə vəzifəsindən ayrıldığını deyib.

“Cəbrayıl” 10 komandanın mübarizə apardığı 1-ci Liqada 11 turdan sonra 14 xalla beşinci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью