Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Xankəndi” Futbol Klubunda yeni kadr təyinatı həyata keçirilib.
Futbolpress.az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılan türkiyəli mütəxəssis İbrahim Uzunca, “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
“Xankəndi”nin yeni baş məşqçisi yaxın zamanda açıqlanacaq.
Komanda II Liqada 14 turdan sonra 39 xalla ikinci sıradadır.