Azərbaycan klubundan ayrılan futbolçu Hindistanda oynayacaq

27.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Bu ilin iyununda "Kəpəz"dən ayrılan Adama Niane 5 aydan sonra özünə yeni klub tapıb.

QOL.az xəbər verir ki, malili hücumçu Hindistanda çıxış edəcək. O, bu ölkənin birinci liqasında mübarizə aparan "Qokulam"a keçib. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin iyununa qədər "Kəpəz"də çıxış edən 31 yaşlı hücumçu 20 matçda 6 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью