Azərbaycan klubunun adı dəyişdirildi

25.06.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Abşeron Lions" basketbol klubunun adı dəyişdirilib.

Bu barədə Axar.az-a klubundan məlumat verilib.

Bildirilib ki, komanda yeni mövsümdə "Landau Lions" adı ilə mübarizə aparacaq.

Kollektiv yeni adla tarixində ilk dəfə olaraq FIBA Çempionlar Liqasında iştirak edəcək. Komanda turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bu raundda 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Rəqiblər və oyunların dəqiq tarixləri ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью