Azərbaycan klubunun baş məşqçisi instaqramda elan verdi, gündəm oldu Foto

08.07.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci liqada mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirovun instaqramda etdiyi paylaşım gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını bildirib. 

O, bunun üçün seçimlər edəcəyini də açıqlayıb: “Şəmkir” klubu 2025/2026 mövsümü üçün “Şəfa” stadionunda 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar.

Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.

Vüqar Nadirov saytımıza açıqlamasında seçimlərdən yaxşı futbolçular çıxdığını bildirib: “Bəzən seçimlərdən keyfiyyətli futbolçular çıxır. Biz komandanın özəyini saxlamışıq, amma yeni oyunçulara ehtiyacımız var. Bunun üçün də seçimlər edəcəyik. Artıq büdcə bəllidir və işlərə başlamışıq”. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью