Azərbaycan klubunun futbolçusu diskvalifikasiya olunub

02.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Göygöl"ün futbolçusu Elşən Mirzəyev cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

II Liqa təmsilçisinin futbolçusu X turdakı hərəkətinə görə cəza alıb. O, "Göygöl" - "Şəfa" oyununun 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

AFFA Mirzəyevi 3 oyun diskvalifikasiya edib. "Göygöl" klubu isə 200 manat cərimə ödəməli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью