Azərbaycan klubunun prezidenti oğlunu baş məşqçi postundan uzaqlaşdırıb

12.03.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan II Liqasında çıxış edən "Kür-Araz"ın prezidenti Mirheydər Səfiyev oğlu Üzeyir Səfizadəni "C" kateqoriyalı məşqçilik kursundan kəsildiyi üçün baş məşqçi postundan göndərib.

Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, Üzeyir Səfizadəni İmişlidə uşaqlara məşqçilik edən Murad Ağayev əvəzləyib.

"Kür-Araz" klubu Murad Ağayevlə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, "Kür-Araz" klubu hazırda 24 xalla səkkizinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью