Azərbaycan Kolumbiyada mədən işlədə bilər

12.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, QSC-nin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında dağ-mədən sənayesində əməkdaşlıq, birgə layihələr, investisiya tərəfdaşlığı və Kolumbiyanın mineral ehtiyatlarının işlənməsində mümkün iştirak məsələləri nəzərdən keçirilib.

Zakir İbrahimov şirkətin kəşfiyyatdan hasilatadək təcrübəsi və beynəlxalq coğrafiyasını genişləndirmək məqsədləri barədə məlumat verərək, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının bu sektor üçün xüsusi əhəmiyyətini vurğulayıb. Səfir isə Kolumbiyada xarici investisiyalara xüsusi önəm verildiyini bildirərək, ölkəsindəki 31 strateji mədən sahəsindən 16-nın qızıl və mis ehtiyatları baxımından böyük perspektivə malik olduğunu diqqətə çatdırıb. pizza hut

Görüşün yekununda konkret layihələri və əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün mütəxəssislərin iştirakı ilə ayrıca görüşün təşkili barədə razılıq əldə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью