Azərbaycan komandası ABŞ stolüstü tennisçilərinə uduzub FOTO

18.07.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada stolüstü tennis yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, qadınlardan ibarət Azərbaycan komandası – Xədicə Əbilzadə, Nigar Mahmudova, Səbinə Məmmədova və Zemfira Mikayılova – bu multiidman forumunda ikinci oyununu keçirib.

Təmsilçilərimiz ABŞ yığmasına 0:3 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, onlar bundan əvvəl də Cənubi Koreya ilə qarşılaşmada eyni hesabla – 0:3 uduzmuşdular.

Azərbaycanın kişi komandası – Amin Oruczadə, Nihad Səmədzadə və Tural Mirzəyev – Universiadada ikinci oyununu Çili yığmasına qarşı keçirəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью