Azərbaycan komandası iki turda da məğlub oldu

20.11.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirib.

Futbolpress.az xəbər verir ki, yığma III turda ABŞ, IV turda FIDE komandası ilə üz-üzə gəlib.

Azərbaycan komandası həm ABŞ-yə (0,5:3,5), həm də FIDE-yə (1:3) məğlub olub.

Azərbaycan millisi ötən gün A qrupunda Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью