Azərbaycan komandası ilk dəfə ÇL də

22.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın “Judo Club 2012” komandası cüdo üzrə Avropa Çempionlar Liqasında tariximizdə ilk dəfə iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, oktyabrın 24-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək. Heyətə baş məşqçi İmran İmanov rəhbərlik edəcək.

Komandamızın heyətində qadınların mübarizəsində Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq) və Diana Semçenko (+70 kq), kişilərin yarışında isə İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), həmçinin Sübhan Axundovla Əsəd Əsgərov (hər ikisi +90 kq) yer alıblar.

Nümayəndə heyətində klubun təsisçisi və sədri, Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, eləcə də məşqçilər Zaur Bağırov və Eldar Kasumov da yer alıblar. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə keçirilən turnirdə ümumilikdə 11 klub mübarizə aparacaq.

Yarışın son qalibi Fransanın PSJ klubu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью