Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub

14.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük yarışında uğurlu nəticə göstəriblər.

Komitədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan təmsilçiləri 4x50 metr məsafəyə sərbəst üsulla komanda estafetində 3 dəqiqə 14,55 saniyə nəticə ilə birinci olublar.

Atletlər fərdi yarışlarda da mükafatçılar sırasında yer alıblar. Mirqayıb Rəsulov 50 metr məsafəyə “batterflay” və sərbəst üsulla üzmədə gümüş medal qazanıb. Georgi Qəniyev 50 metr arxasıüstə üzmədə ikinci, sərbəst üsulda isə üçüncü olub. Ağasəlim Abdullayev 25 metr brass üsulunda ikinci, 50 metr məsafədə isə dördüncü yeri tutub. Məhəmməd Əli 50 metr arxasıüstə üzmədə üçüncü, sərbəst üsulda isə altıncı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью