Azərbaycan komandası qazaxlara qarşı

22.11.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində bu gün Qazaxıstan komandası ilə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, yığmalar iki qarşılaşma keçirəcəklər.

Yekunda qalıb bəlli olmasa, sabah taybreykdə finala yüksələn tərəf müəyyənləşəcək.

Digər yarımfinal görüşündə Beynəlxalq Şahmar Federasiyasının (FIDE) komandası Çinlə münasibətlərə aydınlıq gətirəcək.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью