Azərbaycan kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradır | Icma.az
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədrinin müavini Şahin Əliyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
O vurğulayıb ki, I mərhələdə sistemdə istifadəçilərin vahid məlumat bazası formalaşdırılacaq və sayağaclardan daxil olan məlumatlar toplanacaq: "Bu, onun mərkəzləşdirilmiş təhlilini aparmağa imkan verəcək.
Növbəti mərhələdə məlumatlar sensorlardan real vaxt rejimində daxil olacaq ki, bu da daha operativ qərar qəbul etməyə imkan verəcək".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu