Azərbaycan Kuboku: 1/8 final mərhələsi başlayır YENİLƏNİR

03.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları start götürəcək. 

Fanat.Az xəbər verir ki, mərhələnin görüşləri iki günə sığacaq və qaliblər bir oyunla müəyyənləşəcəklər. 

1/8 final mərhələsi Premyer Liqa və I Liqa komandalarının iştirakı ilə baş tutacaq. 

İlk oyun günündə üç qarşılaşma keçiriləcək. Əvvəlcə Premyer Liqada autsayder olan “Səbail” ilə “Qaradağ Lökbatan” münasibətlərinə aydınlıq gətirəcək. 
Bundan başqa, “Araz-Naxçıvan” “Mingəçevir”lə “Turan Tovuz” isə “Sabah”la la üz-üzə gələcək.

"Qaradağ Lökbatan" - "Səbail" və "Turan Tovuz" - "Sabah" matçları "CBC Sport" kanalı vasitəsilə canlı yayəmlanacaq. 
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
 

15.00. “Qaradağ Lökbatan” – “Səbail” 
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov, Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“ASCO Arena”

16.00.  “Araz-Naxçıvan” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Liv Bona Dea Arena”
18.00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov, Cəmil Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью