Azərbaycan Kuboku: 1/8 final mərhələsi oyun cədvəli açıqlandı

06.11.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, mərhələnin 4 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər 4-ü isə Peşəkar Futbol Liqasının “AzPFL” ("Youtube") kanalında canlı yayımlanacaq. 

"CBC Sport"  vasitəsi ilə canlı yayımlanacaq  oyunlarda VAR sistemi tətbiq  olunacaq.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu Misli Premyer  Liqasında çıxış edən klubları qəbul etməyə hazır olmadığı üçün 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” – “Səbail” oyunu “ASCO Arenada” reallaşacaq.

Azərbaycan Kuboku
1/8 final

3 dekabr (çərşənbə axşamı)
 

“Qaradağ Lökbatan” – “Səbail” 
“ASCO Arena”, 15:00 (CBC Sport / canlı)
“Araz-Naxçıvan” – “Mingəçevir”
“Liv Bona Dea Arena”, 16:00
“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 18:00 (CBC Sport / canlı)
4 dekabr (çərşənbə) 
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00
“Kəpəz” – “İmişli”
Tovuz şəhər stadionu, 16:00 (CBC Sport / canlı)
“Neftçi” – “Difai” 
“Neftçi Arena”, 18:00
“Zirə” – “Şamaxı” 
Zirə İK stadionu, 19:00 (CBC Sport / canlı)
“Sumqayıt” – MOİK
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью