Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, birinci oyun günündə üç qarşılaşma keçiriləcək.
Premyer Liqada autsayder olan "Səbail" "Qaradağ Lökbatan"la üz-üzə gələcək.
"Araz-Naxçıvan" "Mingəçevir"i, "Turan Tovuz" isə "Sabah"ı mübarizədən kənarlaşdırmağa çalışacaq.
Mərhələnin oyunları bir matçdan ibarətdir.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr
15:00 Qaradağ Lökbatan – Səbail
Baş hakim: Əli Əliyev
"ASCO Arena"
16:00 Araz-Naxçıvan – Mingəçevir
Baş hakim: Əkbər Əhmədov
"Liv Bona Dea Arena"
18:00 Turan Tovuz – Sabah
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu