Azərbaycan Kuboku: “Araz Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində

27.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Şimal”a 6:0 hesabı ilə qalib gəlib.

“Marafon” isə Marafon Arenada “Zaqatala”nı 1:0 hesabı ilə üstələyib. Bununla “Araz-Naxçıvan” və “Marafon” 1/8 finalda bir-birinə rəqib olub.

Günün digər matçlarında saat 17:00-da “Kür-Araz” “SOCAR Polymer Arena”da “Sumqayıt”ı, “Qəbələ” Qəbələ şəhər stadionunda “Mingəçevir”i qəbul edəcək. “Səbail” isə saat 18:00-da “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, bu raundun digər oyunları oktyabrın 28-29-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью