Azərbaycan Kuboku: Araz Naxçıvan Zirə ni məğlub edib

06.02.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Araz-Naxçıvan" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Zirə"ni məğlub edib.

Məlumata görə, Naxçıvan təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.
Bernardo Dias 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Tərəflər arasındakı cavab qarşılaşması fevralın 28-də olacaq.
Bu gün "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью