Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” evdə “Araz Naxçıvan”ı qəbul edir. Bukmeker konturları oyun öncəsi matçın favoritini açıqlayıb.
Ağdam təmsilçisi görüşdə aşkar favoritdir. “Köhlən atlar”ın qələbəsinə 1,28, məğlubiyyətinə isə 9,3 əmsal verilib. Matçın heç-heçə bitmə ehtimalı isə 5,15 təyin edilib.
Xatırladaq ki, oyun sabah saat 17:00-da start götürəcək.