Azərbaycan Kuboku: “ArazNaxçıvan” 1/4 finala vəsiqə qazanıb

03.12.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti iştirakçısı bəlli olub.

AZƏRTAC xəbər verir ki, 1/8 finalın ikinci oyununda “Araz-Naxçıvan” I Liqa təmsilçisi “Mingəçevir”ə 3:1 hesabı ilə qalib gələrək növbəti raunda yüksəlib.

Premyer Liqa klubunun heyətində 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardu Diaş, 66-cı dəqiqədə Sezar Meza Kolli fərqləniblər. “Mingəçevir”in yeganə qoluna isə 80-ci dəqiqədə Elmin Bayramov imza atıb.

Naxçıvan klubu 1/4 finalda “Zirə” – “Şamaxı” matçının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью