Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına iki görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Kəpəz" klubu "Neftçi"ni saat 16:00-da, "Sabah" isə "Sumqayıt"ı saat 18:30-da qəbul edəcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin qalan iki oyunu fevralın 6-da keçiriləcək. "Araz-Naxçıvan" klubu "Zirə" ilə, "Səbail" isə "Qarabağ"la qarşılaşacaq. Cavab görüşləri isə fevralın 27 və 28-də keçiriləcək.
5 fevral
Azərbaycan Kuboku
¼ final mərhələsi
Saat 16:00, "Kəpəz" - "Neftçi" (Tovuz şəhər stadionu);
Saat 18:30, "Sabah" - "Sumqayıt" ("Bank Respublika Arena").