Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin oyunlarının tarixi bəlli olub

24.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan Kubokunda 2024/25-ci illər mövsümündə dörddəbir final mərhələsinin ilk oyunlarının cədvəli müəyyənləşib.

Oxu.Az xəbər verir ki, dörddəbir final mərhələsinin ilk oyunları fevralın 5-də və 6-da keçiriləcək.

Mərhələnin bütün görüşləri "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

5 fevral (çərşənbə)

"Kəpəz" - "Neftçi", Tovuz şəhər stadionu, 16:00;

"Sabah" - "Sumqayıt", "Bank Respublika Arena", 18:30.

6 fevral (Cümə axşamı)

"Araz-Naxçıvan" - "Zirə", "Liv Bona Dea Arena", 16:00;

"Səbail" - "Qarabağ", "ASCO Arena", 18:30.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью