Azərbaycan Kuboku: Final oyununun nominal meydan sahibi müəyyənləşib

24.04.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, püşkatmaya əsasən, “Sabah” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə PFL arasında geniştərkibli görüş keçirilib. İclasda finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью