Azərbaycan Kuboku: Finalçılar bəlli oldu

27.02.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/2 final mərhələsinin oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, əvvəlcə Yüksək Liqanın 2 iddialı komandası üz-üzə gəlib.

"Neftçi" İK komandasına 6:3 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” ilk finalçı olub. 

Digər matçda isə Birinci Liqanın lideri PFL U-19-dan güclü olub. Təcrübəli futzalçılardan qurulan aşağı liqa təmsilçisi “Araz-Naxçıvan”la finalda qarşılaşmaq hüququ qazanıb. 

Final iyunun 5-də keçiriləcək.

Azərbaycan Kuboku
1/2 final
27 fevral

Araz-Naxçıvan – Neftçi İK 6:3
Qollar:
Roman Adamov, 1:25, 20:49, Amirhossein Rasouli, 9:15, Xəzər Ağalızadə, 10:56, 39:34, Mateus, 21:13 - Emil Həsənzadə, 8:37, Javad Haidar, 11:29, Abdul Ghafar, 21:03.

PFL – U-19 4:0
Qollar:
Nicat Qafarlı, 6:39, Eyvaz Tağıyev, 11:48, Elçin İsmayılov, 17:22, Raqif Eyvazov, 29:00.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью