Azərbaycan kuboku matçında bədbəxt hadisə Yeni Çağ Media

03.12.2024

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” matçında bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçin ayağı sınıb.

“Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью