Azərbaycan Kuboku: “Neftçi” “Sabah” oyununun biletləri satışa çıxdı

31.03.2025

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 2-si saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold”) AZN təşkil edən biletləri keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 13:00-dan etibarən satışda olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью