Azərbaycan Kuboku: Qarabağ və Neftçi mübarizəyə başlayır

04.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün "Qarabağ" və "Neftçi" futbol üzrə Azərbaycan Kubokunda mübarizəyə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 final mərhələsində I Liqa klubu "Qəbələ"ni, "ağ-qaralar" isə "Difai"ni sınağa çəkəcək.

Bu raundda “Kəpəz” – “İmişli”, “Zirə” – “Şamaxı” və “Sumqayıt” – MOİK oyunları da təşkil ediləcək.

Azərbaycan Kuboku

1/8 final

4 dekabr

16:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Munis Abdullayev.

Qəbələ şəhər stadionu

16:00. “Kəpəz” – “İmişli”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Əmrah İbrahimov.

Tovuz şəhər stadionu

18:00. “Neftçi” – “Difai”

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

Hakim-inspektor: Ramil Diniyev.

"Neftçi Arena"

19:00. “Zirə” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: İmanxan Sultani.

Zirə İdman Kompleksinin stadionu

19:00. “Sumqayıt” – MOİK

Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.

Hakim-inspektor: Gülağa Cabarov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью