Azərbaycan Kuboku: Sabah Sumqayıt oyununda hesab açılmayıb

05.02.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" doğma meydanda "Sumqayıt"la qarşılaşıb.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan matçda hesab açılmayıb.

Tərəflər arasında cavab matçı fevralın 27-də baş tutacaq.

Günün ilk qarşılaşmasında "Neftçi" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər ilk oyunları fevralın 6-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью