Fanat saytına istinadən Icma.az xəbər verir.
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gələcək.
Əvvəlcə Yevlaxda növbəti "qərb derbisi" baş tutacaq. "Kəpəz" "Turan Tovuz"u qonaq edəcək. Saat 14:30-da start götürəcək qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.
Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə "Turan Tovuz" 1:0 hesablı qələbəyə sevinib.
Son yarımfinalçının da adına bölgədə aydınlıq gələcək. "Qəbələ" səfərdə keçirdiyi ilk görüşdə qolsuz heç-heçəyə nail olduğu "Sabah"ı qəbul edəcək. Baş hakim Rəvan Həmzəzadə görüşün start fitini saat 18:00-da səsləndirəcək.
Qeyd edək ki, "Kəpəz" – "Turan Tovuz" cütünün qalibi yarımfinalda "Zirə" ilə qarşılaşacaq. "Qəbələ" – "Sabah" cütünün füclüsünü isə finala gedən son sınaqda "Qarabağ" gözləyir. Yarımfinal oyunları aprelin 2-də və 22-də keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları
5 mart
14:30. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov, Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu.
18:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Kamal Umudlu, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu.