Azərbaycan Kuboku: Sumqayıt Neftçi yə rəqib oldu

21.01.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, 1/8 final mərhələsində "Abşeron"-"Quba", "Gəncə"-"Ordu", "Lənkəran"-NTD, "Sumqayıt"-"Neftçi" oyunları keçiriləcək.

28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar

1/4 finalda isə "Abşeron"-"Quba" cütünün qalibi "Naxçıvan" ilə, "Gəncə"-"Ordu" cütünün qalibi "Sərhədçi" ilə, "Lənkəran"-NTD cütünün qalibi "Şəki" ilə, "Sumqayıt"-"Neftçi" cütünün qalibi isə "Sabah"la qarşılaşacaq.

Kubokun reqlamentinə görə, meydanda ən az 2 yerli basketbolçu olmalıdır. Bütün görüşlərin nəticələri bir oyuna görə təyin olunacaq.

Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaq.

"Gəncə" və "Şəki"dən qələbə “Quba”dan yeni transfer “Ordu” heyətinə yeni oyunçu cəlb edib NTD "Abşeron"u məğlub edib ABL: XI turun daha 3 oyunu keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью