Azərbaycan kuboku: “Turan Tovuz” “Sabah”ı qəbul edir İdmanXəbər

03.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə üç oyun keçiriləcək.

Misli Premyer Liqası təmsilçilərindən “Səbail” “Qaradağ Lökbatan”la, “Araz-Naxçıvan” “Mingəçevir”lə qarşılaşacaq.

“Turan Tovuz” və “Sabah” isə növbəti mərhələyə vəsiqə qazanmaq üçün üz-üzə gələcək.

Azərbaycan Kuboku

1/8 final

3 dekabr

15:00. “Qaradağ Lökbatan” – “Səbail”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“ASCO Arena”

16:00. “Araz-Naxçıvan” – “Mingəçevir”

Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Liv Bona Dea Arena”

18:00. “Turan Tovuz” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью