Azərbaycan Kuboku: Yarımfinal matçlarını neçə azarkeş izlədi?

24.04.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunda yarımfinal oyunlarını izləyən azarkeşlərin sayı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz Naxçıvan”ı qəbul etdiyi matçı tribunlardan 1300 tamaşaçı izləyib. Ağdam klubu görüşdən 3:0 hesabı ilə qalib ayrılaraq finala vəsiqə qazanıb.

“Bank Respublika Arena”da baş tutan “Sabah” – “Neftçi” görüşünə isə maraq böyük olub. Matçı 6600 tamaşaçı izləyib.

İlk matçda səfərdə rəqibini məğlub edən “bayquşlar” (2:1), cavab görüşündə heç-heçə edərək (1:1) finalda “Qarabağ”la üz-üzə gələcək. 

Xatırladaq ki, “Qarabağ”la “Sabah” arasında keçiriləcək final qarşılaşması mayın 31-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью