Azərbaycan Kuboku: Zirə 1/4 finala vəsiqə qazanıb

04.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda "Zirə" 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, qəsəbə təmsilçisi 1/8 finalda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda meydan sahiblərinin heyətində Ayron Qomis (12), Ceyhun Nuriyev (24) və Yusuf Laval (52) fərqlənib. Qonaqların yeganə qoluna isə Brahim Konate (41) imza atıb.

Bu qələbənin ardından "Zirə" 1/4 finalda "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью